SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnanın iki il öncəki seçki kampaniyasında təbliğatda istifadə etdiyi videoçarx günün videosu seçilib.

2014 seçkisində Ərdoğanın təbliğat çarxı bir xain tərəfindən endirilməyə çalışan dövlət bayrağının meydanlara axışan xalq tərəfindən yenidən göylərə qaldırılması üzərində qurulmuşdu.

Cəmiyyətin bütün təbəqələrindən olan şəxslərin sürətlə dövlət bayrağı meydanına axışdığını göstərən kadrların arxasında Rəcəb Tayyib Ərdoğan xalqı meydanara çağırır, "" Arkadaş! Yurduma alçakları uğratma, sakın, - deyə söz başlayaraq "İstiqlal" marşının sözlərini (Mehmet Akif Ərsoy) müvafiq məzmunlu şeir deyir, sonra bir-birinin çiyninə qalxan insanlar, xalq Türkiyə bayrağını düşməyə qoymurlar. 

Hələ o zaman seçki texnoloqları təbliğat çarxını həm ideoloji, həm də peşəkarlıqla hazırlanması baxımından yüksək qiymətləndirirdilər. 

İyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevrilişə cəhdin qarşısının alınması eynilə bu təbliğat çarxının süjeti üzrə baş verdi: Ərdoğan xalqa müraciət etdi, türk cəmiyyətinin bütün təbəqələrindən olan insanlar öz bayraqları ilə boğaz körpülərindən keçərək meydanlara axışdılar, bir-birinin çiynində tankların üstünə dırmaşdılar və dövlətin, millətin bayrağını yüksəklərə qaldırdılar. (Onu da qeyd edk ki, qiyamçı hərbçilər 15 iyul gecəsində boğaz körpülərini bağlamağa cəhd etmişdilər). 

İndi ortaya çıxan sual budur: əcəba, iki il öncə Ərdoğan üçün işləyən seçki texnoloqları bu günü görürdülərmi? Ya da əksinə, Ərdoğan və onun komandası qiyamın qarşısını almaq üçün bu klipin motivlərindən yararlandılar?

Musavat.com
BAKU.WS