SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilir.

Vida mərasimi “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

***12:16

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilir.

Vida mərasimi “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

***11.45

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri vida mərasiminin keçirilməsi üçün DSX-nin Olimpiya Kompleksinə aparılır.

BAKU.TV-nin müxbirinin məlumatına görə, Olimpiya Kompleksində təntənəli vida mərasimi keçiriləcək.

Daha sonra şəhidlər dəfn ediləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

BAKU.WS
VİDEO