SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 4-də axşam saatlarında Xəzər dənizində baş verən partlayışla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli açıqlama verib.

BAKU.WS xəbər verir ki, o, mətbuat konfransında dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürdüyünü bildirib.

Dünən vulkan 8 dəqiqə püskürüb. Dərinliyi 1,48 km olub. Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.

Qurban Yetirmişli həmçinin əlavə edib ki, vulkan püskürməsi nəticəsində ölənlərin, yaralananların olması barədə məlumatlar tamamilə əsassızdır.

Onun sözlərinə görə, vulkan püskürməsi nəticəsində insan tələfatı qeydə alınmayıb.

BAKU.WS
VİDEO