SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Qaradağ rayonunda palçıq vulkanı püskürüb.

Vulkanın püskürməsi nəticəsində yaranan alovun hündürlüyü 200 metrə qədər yüksəlib.

Rayon ərazisində yerləşən Otman-Bozdağ palçıq vulkanının püskürməsi səbəbindən yaranan çatların dərinliyi bəzi yerlərdə 80 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayev deyib ki, ətraf ərazilər üçün hər hansı bir təhlükə yoxdur.

Ceyhun Paşayev onu da qeyd etdi ki, vulkan yaşayış sahəsindən uzaqda yerləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə araşdırmalarını davam etdirir. Təhlükəsizlik nöqteyi-nəzərindən əraziyə kənar şəxslərin buraxılması məhdudlaşdırılıb.

Qeyd edək ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS