Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq"
Azərbaycan cüdoçusu Zelim Tçkayevin (81 kq) növbəti yarışlardakı hədəfi qızıl medal olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu idmançı özü jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanması barədə danışıb:
"Yarımfinal görüşümdə müəyyən qədər eniş var idi. Ümumilikdə öz çıxışımdan razıyam. Millimiz medallar qazanmaqda davam edir. Və bu medallar arasında mənim şəxsi medalım da yer alır. Pis nəticə deyil. Qarşıdakı yarışlara daha ciddi hazırlaşacağıq. Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq".
27 yaşlı idmançı yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə 6-cı dəfə məğlub olmasını belə dəyərləndirib:
"Bu məsələni məşqçimlə müzakirə edəcəyik. Görünür, bu dəfə də belə alındı. Bu gün rəqib daha üstün idi. Səhvlərimizi nəzərdən keçirib onları aradan qaldırmağa çalışacağıq".
Qeyd edək ki, Zelim Tçkayev üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.
Oxşar xəbərlər
"Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələnib
"Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib. BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Misli...