Zelim Tçkayev: "Bakıdakı mundialda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm"

Zelim Tçkayev: Bakıdakı mundialda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm
İdman 26

Azərbaycan cüdoçusu Zelim Tçkayevin (81 kq) növbəti hədəfi Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaqdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu 27 yaşlı idmançı açıqlaması zamanı deyib.

O, Çinin Sindao şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanması ilə bağlı danışıb:

"Bu turnirdə hər şey əla idi. Mənim üçün çox yaxşı gün oldu. Yarışa yaxşı hazırlaşmışdım. Növbəti hədəfim Bakıdakı dünya çempionatında qızıl medal qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm".

Z.Tçkayev hazırda Yaponiyada təlim-məşq toplanışında olduğunu və növbəti yarışlara hazırlaşdığını vurğulayıb.

Xatırladaq ki, Azərbaycan millisi Qran-prini 1 qızıl və 3 bürünc medalla başa vurub. Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq), Hidayət Heydərov (81 kq) və Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər