Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi

Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
İdman 16

Məşhur almaniyalı mütəxəssis Yurgen Klopp 2026-cı il dünya çempionatının Meksika və Cənubi Afrika yığmaları arasında baş tutan açılış matçını şərh edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, meksikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşma təcrübəli baş məşqçidə heç də yaxşı təəssürat yaratmayıb.

Kloppun sözlərinə görə, bu görüşü yüksək səviyyəli oyun adlandırmaq olduqca çətindir:

"Bərbad taktika seçilmişdi. Heç bir komanda yaxşı oynamadı. Meksika rəqibinə qarşı çoxluq təşkil edəndə belə oyun əks-hücumlar üzərinə keçdi. Niyə? Çünki Cənubi Afrika müdafiəçiləri çox geriyə çəkilmişdilər. Bu vəziyyət demək olar ki, mütəmadi hal almışdı. Mən bu görüşü yüksək səviyyəli matç adlandıra bilmərəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər