Yankoviç "Qarabağ"da qalır - Özü açıqladı
Monteneqro millisinin yarımmüdafiəçisi və "Qarabağ"ın ulduzu Marko Yankoviç klubdakı gələcəyi barədə danışıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "Vijesti.me" portalına açıqlama verib.
"Klubdakı gələcəyimlə bağlı hələ ki heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda "Qarabağ"dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəm. Sonra istirahət edəcəyəm və ardınca necə olacağını görəcəyik",- deyə Yankoviç vurğulayıb.
Xatırladaq ki, Monteneqro millisi iyunun 5-də Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edəkki, 30 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Oxşar xəbərlər
ABŞ-li futbolçudan Dünya Çempionatında nadir UĞUR - 1964-cü ildən bəri ilk dəfə o etdi
ABŞ millisinin müdafiəçisi Kris Riçards dünya çempionatlarında son 60 ildə görünməmiş nailiyyətə imza atıb. BAKU.WS xəbər verir ki, ABŞ-nin Paraqvay üzərində 4:...