Yamal: Mən həmişə mənalı danışmağa çalışıram, buna baxmayaraq bəzən səhv edirəm

Yamal: Mən həmişə mənalı danışmağa çalışıram, buna baxmayaraq bəzən səhv edirəm
İdman 29

"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal "Laureus World Sports Awards" mükafatlandırma mərasimində dünyanın ən yaxşı gənc idmançısı seçildikdən sonra açıqlamalar verib.

BAKU.WS "ESPN Deportes"ə istinadən xəbər verir ki, futbolçu etdiyi səhvlərdən danışıb.

"Əvvəlcə üzərinizə düşən məsuliyyəti və səhv edə bilməyəcəyinizi anlamaq çətindir, çünki siz bir çox uşaq üçün nümunəsiniz. Mən bunu müsbət bir şey kimi görürəm və həmişə ağıllı danışmağa çalışıram, baxmayaraq ki, bəzən, əlbəttə ki, səhv edirəm - mənim cəmi 18 yaşım var və bu normaldır", - Yamal bildirib.

Bu mövsüm Yamal "Barselona"da bütün turnirlərdə 44 oyun keçirib, 23 qol vurub və 16 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər