Yamal 18 yaşını tamamlamamış La Liqanı iki dəfə qazanan ilk futbolçu olub
16
may
2025
09:58
"Barselona"nın gənc ulduzu Lamine Yamal tarixdə 18 yaşını tamamlamamış La Liqanı iki dəfə qazanan ilk futbolçu olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən gün La Liqanın XXXVI turunda Kataloniya klubunun "Espanyol" üzərində qələbəsi (2:0) sayəsində reallaşıb.
Komandasının çempionluğu erkən rəsmiləşdirdiyi matçda bir qol və məhsuldar ötürmə ilə yadda qalan Yamal ilk belə titulunu iki il əvvəl, Xavinin dönəmində qazanıb.
Qeyd edək ki, Lamin Yamal cari mövsümdə meydana çıxdığı 33 matçda 8 qola, 13 məhsuldar ötürməyə imza atıb.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...