Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb.
BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunan zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr yaradılıb.
Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb.
Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında yeni cüdo zalları istifadəyə verilib.
Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14 300 tatami paylanılıb.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....