VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər.
Ölkə təmsilçilərindən Toğrul Məmmədli dualtlon yarışlarının final mərhələsində mübarizə aparacaq.
Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 39 mükafatla (5 qızıl, 13 gümüş, 21 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...