Vacib matç öncəsi "Fənərbağça"da İTKİ - 2-3 həftə meydanlardan uzaq qalacaq
"Hatayspor"la liqa matçı öncəsi "Fənərbağça"dan pis xəbər gəlib. Belə ki, sarı-göylü klubun futbolçusu İsmail Yüksekin arxa əzələsində yırtıq aşkarlanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi 2-3 həftə meydanlardan uzaq qalacaq.
Bildirilib ki, futbolçu "Hatayspor" matçında meydana çıxa bilməyəcək.
Bazar dəyəri 14 milyon avro olan uğurlu futbolçu bu mövsüm 20 dəfə "Fənərbağça"nın formasını geyinib.
25 yaşlı futbolçu bu matçlarda nə qol vura, nə də məhsuldar ötürmə edə bilib.
Xatlrladaq ki, Türkiyə Superliqasının 18-ci həftəsində "Fənərbağça" və "Hatayspor" komandaları üz-üzə gələcək.
Şükrü Saraçoğlu Stadionunda oynanılacaq qarşılaşma yanvarın 5-i bazar günü saat 20.00-da başlayacaq.
Oxşar xəbərlər
Ronaldo: "Neymar 20 dəqiqədə oyunun taleyini dəyişə bilər"
Braziliya millisinin sabiq hücumçusu, ikiqat dünya çempionu Ronaldo Nazario yığmanın baş məşqçisi Karlo Ançelottinin 34 yaşlı hücumçu Neymarı 2026-cı il dünya ç...