UFC-də qələbə qazanadı, sonra xəstəxanaya yerləşdirildi

UFC-də qələbə qazanadı, sonra xəstəxanaya yerləşdirildi
Foto
İdman 47

Rusiyalı UFC döyüşçüsü Şarabutdin Maqomedov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "UFC on ABC 9" turnirində kanadalı Mark-Andre Barrio üzərində qələbə qazandıqdan sonra xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "ESPN MMA" məlumat yayıb.

Məlumata görə, "Şara Bullet" kimi tanınan idmançı döyüşün ikinci raundunda burun sümüyünü qırıb və məhz bu səbəbdən tibbi yardım alması zəruri olub. Onun vəziyyətinin sabit olduğu vurğulanır.

Döyüş üç raund davam edib və hakimlərin yekdil qərarı ilə başa çatıb. Hər üç hakim 30-27 hesabı ilə bütün raundları Şara Bulletin xeyrinə qiymətləndirib.

Bu, Maqomedovun peşəkar karyerasında 17 döyüşdə 16-cı qələbəsi olub. Onun yeganə məğlubiyyəti cari ilin 1 fevralında britaniyalı Maykl Peycə qarşı baş tutmuş döyüşdə qeydə alınıb – həmin döyüş də hakimlərin qərarı ilə başa çatmışdı.

Son xəbərlər