UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" yayıb.
Döyüş Las-Veqasda beynəlxalq döyüş həftəsi çərçivəsində keçiriləcək və idmançılar 12 iyul tarixində oktagona çıxacaqlar.
34 yaşlı Maxaçev bir neçə il yüngül çəki (70,3 kq-dək) kateqoriyasında dominasiya etdikdən sonra yarımorta çəkiyə yüksəlib. Yüngül çəki üzrə o, UFC çempionu adını qazanıb, Cek Della Maddalena üzərində qələbə qazanıb. Həmçinin, bu çəki dərəcəsində titulunu ardıcıl dörd dəfə uğurla qoruyaraq rekord qırıb.
Maxaçev yarımorta çəkiyə keçmək üçün yüngül çəki üzrə çempion kəmərini tərk etməli olub.
Qeyd etmək lazımdır ki, UFC-də heç bir rus döyüşçüsü iki fərqli çəki kateqoriyasında çempion titulunu qazana bilməmişdi.
Oxşar xəbərlər
Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir"
Professor Adil Qeybulla bildirib ki, COVID-19-dan əvvəl alimlərin qarşıda yeni qrip pandemiyasının olacağı ilə bağlı elmi proqnozları var idi. Ekspertin sözlər...