"UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi olub

"UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mərasimdə 24 idmançının çəkisi ölçülüb.
***09:58
Sabah - iyunun 21-də ilk dəfə Azərbaycanda təşkil ediləcək "UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Baku Crystal Hall"da baş tutacaq döyüş gecəsində altısı əsas, altısı isə ilkin kartda olmaqla, ümumilikdə, 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.
Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov braziliyalı Nikola Mottaya, Tofiq Musayev isə qırğızıstanlı Mıktıbek Orolbaya qarşı döyüşəcək.
İlkin kart Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)
Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)
Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya)
Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)
Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)
Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:
Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)
Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)
Yüngül çəki: Tofiq Musayev (UFC-də debüt, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)
Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - XəlilRauntri C. (14-6-0, ABŞ).
Qeyd: mötərizələrdəki rəqəmlər müvafiq olaraq qələbə, heç-heçə və məğlubiyyətləri ifadə edir.
Oxşar xəbərlər
"Sabah" klubu yeni baş məşqçisini açıqlayıb
"Sabah" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. BAKU.WS xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Litvalı mütəxəs...
