UEFA rəsmisi: Ukraynadakı münaqişə bitənə qədər Rusiyanın beynəlxalq turnirlərə buraxılmayacaq
"Ukraynada münaqişə bitənə qədər Rusiya klubları və milli komandaları qurumun himayəsi altında keçirilən turnirlərdə iştiraka buraxılmayacaq".
BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin bəyan edib.
"Rusiya komandalarının geri qaytarılmasına gəlincə, bu mövzu haqqında artıq dəfələrlə danışmışam və şübhəniz varsa, təkrar edə bilərəm. Münaqişə bitəndə, onlar geri qaytarılacaq", - deyə Çeferin UEFA-nın Belqradda keçirilən konqresində bildirib.
Xatırladaq ki, Rusiya millisi və Rusiya futbol klubları Ukraynada xüsusi hərbi əməliyyatlar başlayandan sonra beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Orxan Məmmədov: "Millinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir"
Minifutbol üzrə Azərbaycan millisinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir. BAKU.WS xəbər verir ki, bu barədə "Report"...