UEFA Millətlər Liqası: Azərbaycan millisi İsveçə məğlub oldu
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçını başa çatıb.
C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi qalib gəlib - 3:1.
***21:46
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında millimiz fərqi azaldıb.
C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz fərqi 2 topa endirib İsveç millisi fərqi artırıb - 3:1.
65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənib. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
***21:36
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.
C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 2:0.
65 və 71-ci dəqiqələrdə Aleksander İsak fərqlənib.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
***21:31
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında hesab açılıb.
C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 1:0.
65-ci dəqiqədə Aleksander İsak fərqlənib.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
***20:00
UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.
Görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.
Oxşar xəbərlər
AFFA Ayxan Abbasovla Saşa İliç cəzalandırdı
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis Misli...