UEFA Çempionlar Liqasında I tura 6 oyunla yekun vurulub

UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun oyunları davam edir. Sentyabrın 18-də keçirilən qarşılaşmalarla turun növbəti oyunlarına yekun vurulub.
BAKU.WS xəbər verir ki, "Qarabağ"ın yer aldığı qrupda maraqlı nəticələr qeydə alınıb. Ağdam klubunun rəqiblərindən biri olan "Napoli" səfərdə turnirin son qalibi "Mançester Siti" ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
Digər qrup matçında isə Danimarka təmsilçisi "Kopenhagen" doğma meydanda Almaniyanın "Bayer 04" komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib - 2:2.
"Qarabağ"ın digər rəqibi, Almaniyanın "Ayntraxt" klubu isə türkiyəli "Qalatasaray" üzərində inamlı qələbə qazanıb - 5:1.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
18 sentyabr
"Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1
"Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) – 2:2
"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) – 2:0
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) – 5:1
"Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) – 4:1
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) – 1:2
Oxşar xəbərlər
"Formula 2": Bakıdakı sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, "Hıtech TGR" komandasında Luke B...
