UEFA Çempionlar Liqası gecənin ən yaxşı 6 "seyv"ni paylaşdı - 3-ü Koxalskinindir
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.
BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.
Avropa futbol qurumu paylaşımda "qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda Neapol klubuna 0:2 hesabı ilə uduzub.
Mateusz Kochalski 😤
— UEFA Champions League (@ChampionsLeague) November 25, 2025
Nikita Haikin 🤯
Mark Flekken 🚫
Gerónimo Rulli 🧤
Your favourite?! 🤔@QatarAirways || #LetsFly pic.twitter.com/FZ8hKHGJ1x
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Sabah" bu gün növbəti sınağına çıxacaq. BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın rəhbərl...