UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşması start götürüb

UEFA Avropa Liqası: Qarabağ - Vestri qarşılaşması start götürüb
Canlı Video
İdman 114

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.

30-cu dəqiqədə Zakaria Savo fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

***20:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Vestri" (İslandiya) qarşılaşması start götürüb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionuda keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.

***19:10

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və İslandiyanın "Vestri" komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov.

"Vestri": 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev

Baş məşqçi: Daniel Osafo-Badu.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər