UEFA Avropa Liqası: "Qarabağ"ın növbəti III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "köhlən atlar" turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.
Oxşar xəbərlər
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
"France Football" jurnalı 2025/2026 mövsümünün yekunlarına əsasən futbol üzrə "Qızıl top" mükafatına bütün namizədlərin adlarını açıqlayıb. BAKU.WS "Report"a is...