UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq

UEFA Avropa Liqası: Qarabağ bu gün Ayaksla qarşılaşacaq
İdman 235

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

III tur

24 oktyabr

20:45. "Qarabağ" - "Ayaks" (Niderland)

Baş hakim: Nikolas Uolş (Şotlandiya).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə heç-heçə edib - 1:1.

Oxşar xəbərlər

Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb

Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülmüş Azərbaycan k...

42 İdman 23:23 15 oktyabr 2025

Son xəbərlər