Türkmənistan millisinin xokkeyçiləri Asiya Oyunlarında Honq-Konq oyunçularına hücum edib
Çinin Xarbin şəhərində keçirilən Qış Asiya Oyunlarında Türkmənistan millisinin xokkeyçiləri Honq-Konq yığmasının oyunçularına hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə Honq-Konq Olimpiya Komitəsinin (SF&OC) rəsmi saytında məlumat yayılıb.
İnsident matçdan sonrakı əl sıxma mərasimi zamanı baş verib. Hadisənin təşəbbüskarlarının Türkmənistan millisinin üç xokkeyçisi olduğu bildirilir. Kütləvi dava nəticəsində Honq-Konq yığmasının iki oyunçusu xəsarət alıb və onlara tibbi yardım göstərilib. Oyun 5:1 hesabı ilə Honq-Konqun qələbəsi ilə başa çatıb.
Honq-Konq Olimpiya Komitəsi hadisə ilə bağlı Beynəlxalq Xokkey Federasiyasına (IIHF), Asiya Olimpiya Şurasına (OCA) və turnirin təşkilatçı qurumlarına rəsmi müraciət edərək intizam tədbirlərinin görülməsini tələb edib.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...