Türkiyədə mərc oyunları ilə bağlı araşdırmada 1024 futbolçu da ifadə verəcək
Türkiyə Futbol Federasiyası (TFF) futbolçular və hakimlərin matçlara mərc edib-etmədiyini müəyyənləşdirmək üçün intizam araşdırmasına başlayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Qeyd etmək lazımdır ki, intizam araşdırmasına məruz qalan məlumatlar Spor Toto şurasına etdiyimiz müraciətdən sonra bizə təqdim edilən rəsmi qeydlər əsasında toplanır",-deyə məlumatda qeyd edilib.
Bundan əvvəl KİV-lərdə yayılan məlumata görə, oyunlara qanunsuz mərc işi üzrə 1 024 futbolçu istintaqa cəlb olunub. Onların arasında "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" kimi klubların da yer aldığı 27 Super Liqa klubunun oyunçuları var.
Qeyd edək ki, TFF 149 peşəkar hakimi 8 ay ilə 1 il arasında müddətə matçlardan uzaqlaşdırıb. Səbəb kimi onların bukmeker kontorlarında mərc hesablarının aşkarlanması göstərilib.
Məlumat üçün bildirək ki, bəzi hallarda ittiham olunan şəxslər bank hesabı təqdim etmədən, qeydiyyat zamanı verilən bonus xallarla mərc edə biliblər.
Oxşar xəbərlər
Azərbaycan karateçisi İslamiadanın qalibi oldu
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. BAKU.WS Oxu.Az-a...