Türkiyədə mərc oynadığı aşkarlanan 149 hakim futboldan uzaqlaşdırıldı
Türkiyə Futbol Federasiyası (TFF) mərc iddiaları ilə bağlı Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilən hakimlər barədə qərarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, qərara əsasən, Zorbay Küçük, Melih Kurt və Mertcan Tubay haqqında araşdırma davam etdiyi halda, digər 149 hakimə 8–12 ay arası hakimlikdən uzaqlaşdırma cəzası verilib.
Federasiyanın rəsmi açıqlamasında bildirilib ki, cəzalar Futbol İntizam Qaydalarının 57-ci maddəsi çərçivəsində tətbiq olunub. Qərarda "əldə olunan məlumatların və hərəkətlərin intensivliyi" nəzərə alınaraq fərqli müddətlərdə cəza təyin edildiyi vurğulanıb.
PFDK adları çəkilən üç hakimlə bağlı yekun qərarın isə araşdırma başa çatdıqdan sonra elan ediləcəyini bildirib.
Oxşar xəbərlər
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
İranın futbol üzrə yığması 2026-cı il dünya çempionatında çıxış edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə FIFA konqresində təşkilatın rəhbər...