Türkiyə Superkubokunda ilk finalçı bəlli oldu
Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal qarşılaşması baş tutub. Qaziantep Böyükşəhər Stadionunda keçirilən oyunda "Qalatasaray" ilə "Trabzonspor" üz-üzə gəlib.
BAKU.WS xəbər verir ki, görüş İstanbul təmsilçisinin aşkar üstünlüyü ilə keçib. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Qalatasaray" Superkubokun finalına vəsiqə qazanan ilk komanda olub.
"Qalatasaray"ın həlledici oyundakı rəqibi "Fənərbağça" – "Samsunspor" yarımfinal cütünün qalibi olacaq. Həmin qarşılaşma 6 yanvar tarixində keçiriləcək.
Türkiyə Superkuboku uğrunda final matçı isə 10 yanvar tarixində Atatürk Olimpiya Stadionunda oynanılacaq.
Oxşar xəbərlər
Şəhid qardaşı Avropa çempionatında ikinci oldu
İdmançımız Avropa çempionatında uğur qazanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes...