"Trabzonspor"un yeni baş məşqçisi Şenol Güneş oldu
03
sen
2024
17:08
Abdullah Avcı ilə yollarını ayıran "Trabzonspor"un yeni çalışdırıcısı Şenol Güneş olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, klubun prezidenti Ərtoğrul Doğan bu gün ofisində Şenol Güneşlə ikinci görüş keçirib.
Bu görüşdə Ərtoğrul Doğan və Şenol Güneş prinsipial razılığa gəliblər.
Razılaşmanın detalları tərəflər arasında formalaşdırılır.
"Trabzonspor"un qısa müddət ərzində Güneşlə bağlı rəsmi addım atacağı gözlənilir.
Rəsmi açıqlama ilə 72 yaşlı baş məşqçi yeni komandasında ilk sınağını son çalışdırdığı komanda olan "Beşiktaş"a qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...