"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
11
mar
2025
15:59
Türkiyənin məşhur klublarından olan "Trabzonspor"un yeni baş məşqçisi bəlli olub. Komandanı bundan sonra təcrübəli futbol adamı Fatih Təkkə çalışdıracaq.
BAKU.WS xəbər verir ki, Fatih Təkkə ilə müqavilə imzalanıb, lakin şərtləri hələlik açıqlanmayıb.
O, bu postda Şenol Günəşi əvəz edəcək və bu gün rəsmi təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, Fatih Təkkə "Trabzonspor"un yetirməsi olmaqla yanaşı, futbolçu kimi də komandanın şərəfini qoruyub. İndi isə o, doğma klubuna yeni uğurlar qazandırmaq üçün məşqçi kimi geri dönüb.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupu...