"Trabzonspor" öz meydanında "Qalatasaray"ı məğlub etdi
Türkiyə Super Liqasında XXVIII turun qarşılaşmaları davam edir.
BAKU.WS xəbər verir ki, turun ən diqqətçəkən oyunu liderlərin duelində baş tutub.
"Trabzonspor" doğma meydanda "Qalatasaray"ı sınağa çəkib. Oyuna fəal başlayan meydan sahibləri hesabı erkən açmağı bacarıb və Paul Onuaçu fərqlənib. Fasilədən sonra qonaqların səyləri nəticə verib və Vilfred Sinqo tarazlığı bərpa edib.
Lakin qarşılaşmanın sonlarında Çibuke Nvaivu səhnəyə çıxaraq həlledici qolu vurub və Qara dəniz təmsilçisinə vacib qələbə qazandırıb - 2:1.
Bu nəticədən sonra "Qalatasaray" 64 xalla turnir cədvəlinin zirvəsində qalıb, "Trabzonspor" isə 63 xalla ikinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın sərbəst güləş üzrə U15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. İlk yarış günündə yunan-...