"Turan Tovuz" - "Sumqayıt" oyununda stadionu kabab tüstüsü bürüdü
Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda baş tutan "Turan Tovuz" "Sumqayıt" matçı oyunçular və azarkeşlər üçün xeyli çətin keçib.
BAKU.WS xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda stadion tüstü ilə dolub.
Bildirilib ki, stadiona yaxın ərazidə fəaliyyət göstərən restoranların birindən qalxan kabab iyi və tüstüsü küləyin təsiri ilə tribunlara doğru yayılıb. Baş verənlər oyunun gedişinə ciddi təsir göstərməsə də, tribunlarda fərqli bir atmosfer formalaşdırıb.
Oyunu şərh edən aparıcı da kabab tüstüsündən oyunçuları seçməkdə çətinlik çəkdiyini deyib.
Qeyd edək ki, qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycan boksçuları beynəlxalq turniri beş medalla başa vurdular
Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, milli komandamız məşqçi Elbrus Rzayevi...