Tofiq Musayev bu gün UFC-də növbəti döyüşünə çıxacaq
28
mar
2026
13:01
Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirəcək.
BAKU.WS xəbər verir ki, 36 yaşlı idmançı martın 28-dən 29-na keçən gecə ABŞ-nin Sietl şəhərində təşkil olunacaq turnirdə oktaqona çıxacaq.
O, İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq.
Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də ikinci döyüşü olacaq. İdmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.
Oxşar xəbərlər
"Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu
Fransalı pilot, "Alpine" komandasının üzvü Pyer Qasli 2026-cı il "Formula-1" dünya çempionatının 13-cü mərhələsi olan İtaliya Qran-prisinin təsnifat mərhələsini...