Tacikistanlı MMA döyüşçüsü: "Bakıda hər şey yüksək səviyyədədir"
18
iyn
2025
15:30
Tacikistanlı MMA döyüşçüsü Məhəmməd Nayimov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirinə yaxşı hazırlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı bu barədə mətbuat konfransında məlumat verib.
O, avstriyalı rəqibi Boqdan Qradla görüşə hazır olduğunu bildirib:
"Düşünürəm ki, qalib gəlmək üçün ən yaxşılarla məşq etməlisən. Mən də yarışdan əvvəl belə etdim".
M.Nayimov ilk dəfə Bakıya gəldiyini söyləyib:
"Burada hər şey yüksək səviyyədədir. Düzü, belə olacağını gözləmirdim".
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Borussiya Dortmund"a məğlub olub. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən m...