Sergen Yalçın "Fənərbağça"dan ayrılacaq 3 futbolçunun adını açıqlayıb
Türkiyə futbolunun tanınmış siması və şərhçi Sergen Yalçın "Fənərbağça"nın "Kayserispor"la oyunda xal itirməsindən sonra diqqət çəkən açıqlama verib.
BAKU.WS xəbər verir ki, veteran futbolçu iddia edib ki, Tadiç, Dzeko və ən-Nəsyri gələn mövsüm "Fənərbağça"nın heyətində olmayacaq.
"Fənərbağça"nın heyət strukturu mütləq Taliska ətrafında qurulmalıdır. Əgər 2 mərkəz hücumçusu alacaqsansa, onları Taliska ətrafında toplamalısan. Əgər cinah oyunçusu və ya mərkəz yarımmüdafiəçisi alacaqsansa, onları Taliska ətrafında toplamalısan. Düşünmürəm ki, Tadiç, Dzeko və ən-Nəsyri gələn il Dzeko və En-Nesyri'nin komandada qalacağını düşünmürəm.
İşlər belə davam edərsə, gələn il də "Qalatasaray" çempion olacaq",-deyə Sergen Yalçın əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər ve...