Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FIDE reytinqində geriləyiblər

Beynəlxalq Şahmat Federasiyasının (International Chess Federation - FIDE) şahmatçıların may üçün dünya reytinqini dərc edib.
BAKU.WS xəbər verir ki, Azərbaycanın yeddi şahmatçısı "Top-100"də yer alıb.
Kişi şahmatçılardan ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü yerdə qərarlaşıb. Onun kimi bir addım geriləyən Teymur Rəcəbov (2692) 40-cl sırada yer alıb. Rauf Məmmədov (2657) 69-cu pillədəki mövqeyini qoruyub.
Cədvələ 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Gövhər Beydullayeva (2394) səkkiz pillə geriləyərək 53-cü sıraya düşüb. Mövqeyini dörd pillə pisləşdirən Günay Məmmədzadə (2390) 57-cidir. 10 pillə geriləyən Ülviyyə Fətəliyeva (2374) 67-ci, üç addımlıq irəliləyişə nail olan Xanım Balacayeva (2358) 82-ci pillədədir. "100-lüy"ə qayıdan Gülnar Məmmədova isə 2352 xalla 91-ci sıradadır.
Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir - 2633 xal.
Oxşar xəbərlər
"Alpine" sürücüləri Azərbaycan mətbəxi ilə yaxından tanış olublar, qutab bişiriblər
"Formula 1"in Bakı yarışı ərəfəsində "Alpine" pilotları Franko Kolapinto və Pyer Qasli Azərbaycan mətbəxi ilə yaxından tanış olmaq qərarına gəliblər, əlləri ilə...
