Santuşun getməsinə REAKSİYA: "Ziyanın yarısından qayıtmaq da xeyirdir"

Santuşun getməsinə REAKSİYA: Ziyanın yarısından qayıtmaq da xeyirdir
Açıqlama
İdman 312

"Fernandu Santuşun rəhbərlik etdiyi milli ilə bağlı bir dənə belə pozitiv oyunumuz olmayıb. İki heç-heçə eləmişik, ondan savayı bizim qələbəmiz olmayıb. Bu, oyunçu keyfiyyəti ilə bağlı olan məsələ deyil".

Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.

O əlavə edib ki, biz başa düşməliyik ki, hələlik zəif millilərdənik:

"Millidə insanlarla kommunikasiyanın qurulmasında böyük boşluqların olduğu açıq-aşkar görünürdü. Santuşun aldığı məvacib az deyildi və ziyanın yarısından qayıtmaq da xeyirdir.

Qarşıdakı məsələ milliyə kimin təyin olunacağı olacaq. Bu məsələyə peşəkar yanaşmalıyıq. Dünyada məşqçilərin təyinatı bir profilə uyğunlaşdırılmış təyin olunur. Yəni milli komandanın profilinə uyğun məşqçi gətirilir. Bu profildə birinci növbədə tələb olunur ki, oyunçularla kommunikasiya qurula bilsin.

Santuşun getməsinə REAKSİYA:

Təbii ki, yoldan keçən şəxsi milli komandaya qoymaq olmaz. Məşqçinin bacarıqları və ya məşq keçmək qabiliyyətindən öncə, oyunçularla qura biləcəyi əlaqədir. Çünki millinin baş məşqçisi mütəmadi olaraq onlarla bir yerdə olmur, yalnız bəlli bir zamanda oyunçularla bir araya gəlir. Ən vacib məsələ budur ki, futbolçularla kommunikasiya yaxşı qurulmalı, inam hissi geri qaytarılmalıdır.

Eyni mədəniyyətdən olan insanlar bir-birini daha yaxşı başa düşürlər. Lakin bu, o demək deyil ki, heç bir legioner də bu işin öhdəsindən gələ bilməz. Çünki bunun bariz bir nümunəsi olub. Yığma komandada Prosineçkinin dövrünü missal göstərmək olar. Lakin eyni mədəniyyətdən olan, eyni insanları tanıyan bir məşqçi bunun öhdəsindən daha rahat şəkildə gələ bilər".

Orxan Hüseyn

Son xəbərlər