Salah "Trabzonspor" forması geyinib azarkeşləri coşdurdu - "Bizə hər yer Trabzon"
Dünya futbolunun ulduzlarından biri olan Məhəmməd Salah "Trabzonspor" azarkeşlərini həyəcanlandıran görüntüləri ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Türkiyə klubunun heyətinə qatdığı misirli futbolçu bordo-mavili forma ilə ilk dəfə kameralar qarşısına keçib və tərəfdarlara mesaj göndərib.
Salahın "Bize Her Yer Trabzon!" ("Bizə hər yer Trabzondur!") ifadəsi qısa müddətdə böyük maraqla qarşılanıb. Ulduz futbolçunun bu sözləri "Trabzonspor" azarkeşləri arasında transfer sevincini daha da artırıb.
Klubun açıqlamasına görə, Salah bu gün saat 12:00-da İstanbul Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalına gələcək. Daha sonra onun Trabzona yollanacağı və burada xüsusi qarşılanma mərasiminin təşkil ediləcəyi bildirilib.
İstanbulda "Trabzonspor" prezidenti Ertuğrul Doğanla görüşəcək futbolçunun tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atması gözlənilir.
Məlumata görə, Salahın "Trabzonspor"la 2 illik müqavilə üzrə razılığa gəldiyi iddia olunur. Bildirilir ki, klub misirli ulduza illik 17,5 milyon avro zəmanətli maaş ödəyəcək. Həmçinin müqavilədə "Salah" adlı lisenziyalı məhsulların satışından əldə olunan gəlirin 20 faizinin futbolçuya verilməsi ilə bağlı xüsusi maddənin yer aldığı da iddia edilir.
Qalereya
Oxşar xəbərlər
Futboldan uzaqlaşdıqdan sonra gəliri 30 dəfə artdı
İngiltərəli keçmiş futbolçu Madelen Raytın gəliri 30 dəfə artıb. BAKU.WS xəbər verir ki, İngiltərənin "Çarlton Atletik" (Charlton Athletic) klubunun sabiq üzvü...