Salah "son rəqs" üçün Ronaldo, Messi, Neymar və Keyn arasından ONU SEÇDİ
Misir millisinin hücumçusu Mohamed Salah öz nəslinin ulduz futbolçularından kiminlə "son rəqs" adlandırılan vida xarakterli böyük turnirdə qarşılaşmaq istədiyi barədə danışıb.
BAKU.WS xəbər verir ki, Salaha Kriştiano Ronaldo, Lionel Messi, Neymar və Harri Keyn arasında seçim etməsi təklif olunub.
Misirli futbolçu qısa cavab verib: "Messi"
Misir millisi 2026-cı il Dünya Çempionatının 1/8 finalına yüksələrək Argentina ilə üz-üzə gələcək. Bu mundial 34 yaşlı Salahın karyerasında üçüncü, 38 yaşlı Messinin isə altıncı dünya çempionatıdır. Messi daha əvvəl bu turnirin onun son mundialı olacağını açıqlamışdı.
Argentina yığmasının kapitanı 1/16 finalda Kabo-Verde ilə oyunda bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Misir - Argentina qarşılaşması iyulun 7-də Atlanta şəhərində keçiriləcək. Oyunun qalibi dünya çempionatının 1/4 finalına vəsiqə qazanacaq.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. BAKU.WS xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin...