Şahruddin Məhəmmədəliyev meydanlara qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...