Safonov Makronun çıxışı zamanı gülüb

Safonov Makronun çıxışı zamanı gülüb
Video
İdman 182

Rusiyalı qapıçı, Matvey Safonov Fransa Prezidenti Emmanuel Makronun Yelisey Sarayındakı çıxışı zamanı gülüb.

BAKU.WS xəbər verir ki, mərasim PSJ-nin ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmasına həsr olunub.

Səhnədə arxa sırada dayanan Safonov əvvəlcə gülümsəyib, sonra isə komanda yoldaşı ilə söhbət edərkən gülməyə başlayıb.

Makron görüşə final oyunundan sonra Parisdə baş vermiş iğtişaşların təşkilatçılarını qınamaqla başlayıb. Hadisələr nəticəsində 200-dən çox insan zərər çəkib. Prezident küçələrdəki zorakılıqla mübarizə aparacağını bildirib, daha sonra isə komandanı və baş məşqçi Luis Enrikeni təbrik edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir

Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir

"Barselona" klubunun müdafiəçisi Pau Kubarsi komanda yoldaşı Lamin Yamalın 2026-cı ildə "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu bildirib. BAKU.WS xəbər...

52 İdman 20:57 12 oktyabr 2026

Son xəbərlər