"Sabah" klubu yeni baş məşqçisini açıqlayıb

Sabah klubu yeni baş məşqçisini açıqlayıb
İdman 103

"Sabah" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın "Ekranas" (2013-2014), "Jalgiris" (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın "Qoritsa" (2020-2021), "Hayduk" (2021-2022), Bolqarıstanın "Ludoqorets" (2021), Yunanıstanın "OFİ Krete" (2022-2023) və Macarıstanın "Dyoşdyor" (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

Oxşar xəbərlər

Nurmaqomedov "Siti"nin bazasında futbolçulara irad tutdu

Nurmaqomedov "Siti"nin bazasında futbolçulara irad tutdu

UFC-nin keçmiş çempionu Həbib Nurmaqomedov İngiltərənin "Mançester Siti" klubunun bazasında olub və komandanın çəhrayı rəngli məşq formalarını tənqid edib. BAK...

67 İdman 23:00 07 yanvar 2026

Son xəbərlər