Rusiyada bu klubun futbolçularına ət yetmək qadağan olunub

ÇSKA-nın yarımmüdafiəçisi Kirill Qlebov bildirib ki, baş məşqçi vəzifəsinə Fabio Çelestini gəldikdən sonra klubda bir çox qaydalar sərtləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Matç TV" məlumat yayıb.
"Komanda hər məşqçi ilə dəyişir. Çoxlu yeniliklər var, bir çox qaydalar sərtləşdirilib. Xüsusi hazırlıq keçmiş insanlar gəlib və bizə bəzi məsələlərdə məsləhətlər verirlər. Bizə ət yemək qadağan olunub. Bu, yeni qaydalardan ən azı biridir. Ümid edirəm ki, bütün bu dəyişikliklər bizə fayda verəcək", - deyə Qlebov qeyd edib.
2024/25 mövsümünün Rusiya çempionatında birinci yeri 67 xal toplayan "Krasnodar" tutub. Komanda mövsümün son turunda Moskva "Dinamo"sunu 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Rusiya Premyer Liqasının (RPL) çempionu olub.
İkinci yeri 66 xalla "Zenit", üçüncü yeri isə 59 xalla Moskva CSKA-sı tutub.
Oxşar xəbərlər
BOK 2026-cı il Qış Olimpiya Oyunlarının medallarını təqdim edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı il Qış Oyunlarının medallarını təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb. M...