Ronaldo qızını belə təbrik etdi
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo nişanlısı Corcina Rodriqezdən olan qızının nadir fotosunu paylaşıb.
BAKU.WS xəbər verir ki, idmançı Alana Martinanı səkkizinci yaşı münasibətilə təbrik edib və "Instagram"da ad gününə hədiyyə alan qızının şəklini paylaşıb.
"Ad günün mübarək, sevimli qızım. Ata səni çox sevir", – deyə "Əl-Nəsr" klubunun hücumçusu yazıb.
Alana Martina cütlüyün ilk ortaq övladıdır. Onların həmçinin üç yaşlı qızları Bella Esmeralda da böyüyür.
Ronaldo ümumilikdə beş uşaq atasıdır. Onun ilk övladı, Kriştiano 2010-cu ildə dünyaya gəlib. 2017-ci ildə isə surroqat ana futbolçuya əkiz – Eva və Mateo – dünyaya gətirib. Corcina Rodriqez dəfələrlə abunəçilərinə bildirib ki, ögey uşaqlarını da öz doğmaları kimi sevir.
2025-ci il avqustun 11-də model sosial şəbəkələrdə Ronaldo ilə evlənəcəyini açıqlayıb. O, üzərində üç daşla bəzədilmiş nişan üzüyünün fotosunu paylaşaraq xəbəri təsdiqləyib.
Oxşar xəbərlər
Məşq zamanı vəziyyəti pisləşən Oskar xəstəxanaya yerləşdirildi
Braziliyanın "Sao Paulo" klubunda çıxış edən məşhur futbolçu Oskar məşq zamanı vəziyyəti pisləşərək xəstəxanaya aparılıb. İngiltərənin Premyer Liqasında Çelsi k...