Ronaldo: "Neymar 20 dəqiqədə oyunun taleyini dəyişə bilər"

Ronaldo: Neymar 20 dəqiqədə oyunun taleyini dəyişə bilər
İdman 23

Braziliya millisinin sabiq hücumçusu, ikiqat dünya çempionu Ronaldo Nazario yığmanın baş məşqçisi Karlo Ançelottinin 34 yaşlı hücumçu Neymarı 2026-cı il dünya çempionatının heyətinə daxil etməsini düzgün qərar adlandırıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, təcrübəli futbolçu komandanın həlledici məqamlarında faydalı ola bilər.

"Neymarın heyətə çağırılması əla seçimdir. O, vacib anda öz sözünü deyə və maraqlı oyun nümayiş etdirə bilər. Neymarın xüsusi istedadı və dahiliyi var. O, cəmi 20 dəqiqə ərzində matçın gedişatını dəyişə bilən futbolçulardandır", - deyə sabiq hücumçu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ançelotti Neymarın zədə səbəbindən tam bərpa olunmadığını və bu səbəbdən Braziliya millisinin dünya çempionatındakı ilk oyununda iştirak etməyəcəyini açıqlamışdı.

Braziliya yığması mundialdakı ilk görüşünü iyunun 14-də Mərakeş millisinə qarşı keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər