Ronaldo milli komandada qol sayına görə Messi ilə fərqi artırdı
Kriştiano Ronaldo milli komandaların bombardiri siyahısında Lionel Messini üstələyib.
BAKU.WS xəbər verir ki, 40 yaşlı portuqaliyalı ötən gecə Portuqaliya millisinin heyətində 137-ci qolunu vurub.
Messinin isə Argentina millisində vurduğu qolların sayı 112-dir.
Milli komandaların bombardiri reytinqində idmançılar müvafiq olaraq birinci və ikinci yerləri bölüşürlər.
Xatırladaq ki, 2025-ci il Millətlər Liqasının yarımfinal mərhələsinin ilk oyununda Portuqaliya millisi Almaniyaya qalib gəlib. Münhendə "Allianz Arena"da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. 48-ci dəqiqədə almaniyalı Florian Virtz hesabı açıb. 15 dəqiqə sonra Çiko Konseysao hesabı bərabərləşdirib, 5 dəqiqə sonra isə Kriştiano Ronaldo Portuqaliyanı hesabda irəli çıxarıb.
Qeyd edək ki, Portuqaliya finalda İspaniya - Fransa matçının qalibi ilə oynayacaq. Bu komandalar iyunun 5-də üz-üzə gələcək.Turnirin həlledici oyunu iyunun 8-də baş tutacaq.
Həmin gün Almaniya üçüncü yer uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaqlar. BAKU.WS xəbər verir ki, ilk yarış günün...