Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb
"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib.
Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesabı ilə qalib gəlib. Ronaldinyo həmin oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Komandaya çempionluq mükafatı kimi 16 kiloqramlıq donuz hədiyyə olunub.
Xatırladaq ki, Ronaldinyo 2020-ci ildə saxta sənədlə Paraqvaya daxil olmağa cəhd etdiyi üçün saxlanılmışdı. O, yüksək rejimli "Agrupacion Especializada" həbsxanasında 32 gün qaldıqdan sonra otelə ev dustaqlığına köçürülüb və daha 4 ay orada yaşayıb. Sonradan işə xitam verilib.
Oxşar xəbərlər
AVRO-2026: Azərbaycanın voleybol millisi Bakıdakı ilk oyununda Portuqaliya ilə qarşılaşacaq
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, açılış matçınd...