"Real"ın futbolçusu komandadan ayrılıb
 
                            
                            
                                15
                                avq
                            
                                2024
                                18:15
                            
                            İspaniyanın “Real” (Madrid) kollektivinin hücumçusu Xuanmi Latasa komandadan ayrılıb.
"Report" xəbər verir ki, 23 yaşlı forvard İspaniyanın digər klubu “Valyadolid”ə transfer olunub.
O, “ağ-bənövşəyilər”lə 5 illik müqavilə bağlayıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirən Latasa meydana çıxdığı 57 oyunda 7 qol vurub.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    