"Real Madrid" son 5 mövsümün antirekordunu təkrarlayıb
"Real Madrid" La Liqanın 19-cu turunun təxirə salınmış matçında "Atletik Bilbao"ya uduzub. Görüş "Atletik Bilbao"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Blankos" 2024/2025 mövsümündə 5-ci matçında məğlub olub.
BAKU.WS "Opta Sport"a istinadən xəbər verir ki, Kral klubu Karlo Ançelottinin rəhbərliyi altında futbol ilinin ilk yarısında məğlubiyyətlərin sayına görə son beş mövsümün klub antirekordunu təkrarlayıb.
Əvvəlki dəfə eyni dövrdə 5 məğlubiyyət 2020/2021 mövsümündə olub.
Xatırladaq ki, bundan əvvəl "Madridlilər" "Liverpul" (0:2), "Milan" (1:3), "Barselona" (0:4) və "Lill"ə (0:1) uduzmuşdu.
"Real Madrid" hazırda 33 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.
Oxşar xəbərlər
Tofiq Musayev bu gün UFC-də növbəti döyüşünə çıxacaq
Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirəcək. BAKU.WS xəbər verir ki, 36 yaşlı idmançı martın 28-dən 29-n...