"Real Madrid" Kənan Yıldız üçün hərəkətə keçdi
İspaniyanın nəhəng klubu "Real Madrid" Türkiyə millisinin gənc ulduzu Kənan Yıldız üçün "Yuventus" ilə danışıqlara başlayıb.
BAKU.WS "Tuttosport"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Perez Kənan Yıldızı klubun "xəyali transferlərindən" biri hesab edir.
Xəbərdə bildirilir ki, türk futbolçunun bu yay "Yuventus"dan ayrılıb birbaşa "Real Madrid"ə keçidi hazırda real görünmür. Buna baxmayaraq "kral klubu" gələcək transfer üçün Turin təmsilçisi ilə danışıqları davam etdirir.
Tərəflər arasında razılıq əldə olunacağı halda, "Real Madrid" Kənan Yıldızın gələcəkdə "Yuventus"dan ayrılacağı anda futbolçunun transfer hüququna sahib olacaq.
Mənbənin iddiasına görə, Kənan Yıldız da "Real Madrid"in marağından təsirlənib. Türk futbolçunun karyerasının müəyyən dönəmində Madrid klubunun formasını geyinmək istədiyi qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Fransanın Lion şəhərində keçirilən 20-ci Uşu üzrə Avropa çempionatında Azərbaycan idmançıları yüksək nəticələr əldə ediblər. BAKU.WS-in məlumatına görə, 5–10 ma...