Ramil Şeydayev "Qarabağ"a qayıtdı
11
sen
2025
08:59
"Qarabağ"da sürpriz transfer gerçəkləşib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.
"Neftçi" ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar"ın heyətinə qayıdıb.
29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ"da forma geyinib.
Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya) və "Buriram Yunayted"də (Tayland) çıxış edib.
Oxşar xəbərlər
Canni İnfantino Bakıya gəlib
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında pay...